Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 21:06

Klaus Iohannis yenidən prezident seçilir


Klaus Iohannis

Rumıniyada prezident seçkisinin ikinci turunda indiki qərbpərəst prezident Klaus Iohannis qalib gəlib. O, solçu namizəd Viorica Dancila üzərində qələbə çalıb. Dancila bir ay öncəyədək baş nazir idi.

IRES təşkilatının keçirdiyi ekzit-poll Iohannis-in səslərin 66,5 faizini yığdığını göstərir. Dancila isə 33,5 faiz səs yığıb.

CURS-Avangarde adlı digər təşkilatın rəy sorğusu isə Iohannis-in 64 faiz səs yığdığını göstərib.

Mərkəzi Seçki Komissiyası noyabrın 24-də keçirilən seçkiyə ölkənin 18,2 milyon nəfərlik elektoratının 50 faizə qədərinin getdiyini bildirir.

Iohannis prezidentliyinin ikinci müddətində Rumıniyanın avropapərəst siyasət trayektoriyasını bərpa edə bilər. Bir neçə il davam etmiş solçu idarəçiliyi korrupsiyanın dərinləşməsi, ədliyyəyə hərtərəfli hücumla yadda qalıb.

60 yaşlı Iohannis əvvəllər fizika müəllimi, Sibiu şəhərinin meri olub. O, rumıniyalıları hamılıqla seçkiyə getməyə çağırmışdı.

Sosial Demokratik Partiyanın (PSD) lideri olan Dancila-nı çoxları kommunist nomenklaturasının varisi hesab edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG