Keçid linkləri

Təcili xəbərlər
2020, 02 İyun, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Birləşmiş Ştatlar Türkiyəyə, Misirə xəbərdarlıq edir


S-400 kompleksi

Dövlət Departamentinin aparıcı rəsmisi Türkiyə və Misiri Rusiyayla hərbi sövdələşmələrinə görə sərt tənqid edib, bu yoldan əl çəkməsələr, sanksiyalarla hədələyib.

Jurnalistlərə anonimlik şərtilə danışan rəsmi noyabrın 21-də deyib ki, Ankara Vaşinqtonla münasibətlərini yaxşılaşdırmaq istəyirsə, Rusiyadan aldığı S-400 zenit-raket sistemindən əl çəkməlidir.

NATO üzvü Türkiyə iyulda sistemin ilk partiyasını alıb. Bu səbəbdən ABŞ onu F-35 qırıcı proqramından çıxarıb.

ABŞ və NATO rəsmiləri Türkiyənin S-400 almasına qarşı çıxır, onun Qərbin istifadə etdiyi F-35 qırıcılarına təhlükə yaradacağını deyir.

Vaşinqton Ankaranı ABŞ istehsalı olan Patriot sistemi almağa çağırır.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan sanksiya riskinə baxmayaraq, geri çəkilməyəcəyini deyib.

XS
SM
MD
LG