Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 20:20

Gənclər necə piylənir


Arxiv fotosu

Bütün dünyada gənclər yetərincə idman etmədiklərindən sağlamlarına təhlükə yaradırlar. Hər 5 gəncdən dördü gündə bir saatdan az fiziki fəaliyyətlə məşğul olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 22-də yeni hesabat açıqlayıb. Hesabatda deyilir ki, gənclər piylənmə və ürək-damar xəstəlikləri riskini azaltmaqdan ötrü daha fəal həyat tərzi keçirməlidirlər.

“Hər 5 yeniyetmədən dördü daimi fiziki fəaliyyətin həzzini yaşamır, bundan sosial, fiziki və zehni baxımdan faydalanmır”, – hesabatın müəlliflərindən olan Fiona Bull deyib.

Araşdırma 146 ölkədə 1,6 milyon nəfərlə bağlı data əsasında hazırlanıb.

Hesabat üzə çıxarıb ki, 11-17 yaşlı yeniyetmələrin 80 faizindən çoxu gündə azı bir saatlıq fiziki fəaliyyətlə bağlı ÜST-nin tövsiyəsinə əməl etmir.

“Əldə etdiyimiz elektron inqilab yeniyetmələrin hərəkət modelini dəyişib və onları daha çox oturmağa həvəsləndirir”, – ÜST-nin həyat tərzi xəstəlikləri üzrə eksperti Leanne Riley Cenevrədə jurnalistlərə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG