Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Gürcüstanda etirazçılar polisə müqavimətə görə məhkum edilib


Polis etirazçıları dağıdır, 18 noyabr, 2019-cu il
Polis etirazçıları dağıdır, 18 noyabr, 2019-cu il

Gürcüstan məhkəməsi 10 müxalifətçini 4 gündən 13 günədək inzibati həbsə məhkum edib. Onlar bu həftənin əvvəlində hökumətə qarşı etiraz aksiyası zamanı hüquq-mühafizə əməkdaşlarına müqavimətdə ittiham olunurlar.

Noyabrın 21-də axşamadək Tbilisi Şəhər Məhkəməsi daha 25 etirazçıyla bağlı qərar verməlidir.

Noyabrın 18-də parlament binası qarşısına minlərlə nümayişçi yığışıb, növbədənkənar seçki tələb edib. Buna deputatların proporsional seçkiyə keçidi rədd eləməsi səbəb olub.

Noyabrın 21-də bir qrup fəal simvolik olaraq məhkəmələrin giriş qapılarını qıfıllamağa çalışıblar.

Müxalifət partiyalarının fikrincə, Gürcüstanın seçki sistemi hakim Gürcü Arzusu partiyasının xeyrinədir.

Mövcud qarışıq sistemin gələn ildən proporsional sistemlə əvəzlənməsi tələb olunurdu və bu tələb iyun-iyulda Tbilisidə etirazlarda da səsləndirilirdi.

Gürcü Arzusu partiyası, milyarder qurucusu və lideri Bidzina Ivanishvili ilə birlikdə bu islahatı dəstəkləyirdi. Ancaq parlament noyabrın 14-də konstitusiyaya dəyişikliyi qəbul eləmədi.

Birləşmiş Ştatlar və Avropa Birliyi Gürcüstan hökumətini, siyasi partiyaları və vətəndaş cəmiyyətini “dinc və sayqılı dialoq” aparmağa çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG