Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 20:59

Ukrayna üçün casusluqda şübhəli bilinən rusiyalı əsgər saxlanıb


İllüstrativ foto

Noyabrın 20-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Rostov regionunda Ukrayna üçün casusluqda şübhəli bilinən hərbçini saxlayıb.

Rusiya vətəndaşına dövlətə xəyanət ittihamı irəli sürülüb və təqsiri sübuta yetirilərsə, 12 ildən 20 ilədək həbsə məhkum edilə bilər.

FSB-nin məlumatına görə, şübhəli Ukrayna hərbi kəşfiyyatı üçün “tapşırıqlar yerinə yetirib”, bu zaman “bilərəkdən Rusiya Silahlı Qüvvələrinə aid hərbi xarakterli gizli informasiya yığıb”.

Ukraynanın Müdafiə Nazirliyi bu məsələni şərh etməyib.

FSB-nin yaydığı 26 saniyəlik videoda şübhəlinin Aksay şəhərində evində həbs olunduğu görünür.

Rusiyada mənzillənən Münaqişə Kəşfiyyat Komandası şübhəlinin 1991-ci il təvəllüdlü Ruslan Artykov olduğunu müəyyənləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG