Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:27

İsrail Suriyada ‘İran hədəfləri’ni vurub


Dəməşq yaxınlığında dağılmış ev
Dəməşq yaxınlığında dağılmış ev

İsrail ordusu Suriyada İran və Suriyaya məxsus onlarla hərbi hədəfi vurduğunu deyir və bunu öz nəzarətində olan Golan yüksəkliyinə raket zərbələrinə cavab olaraq həyata keçirdiyini bildirir.

Noyabrın 20-də qırıcılar İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) məxsus elit Qüds qüvvələrinin hədəflərini vurub. İsrail ordusu yer-hava tipli raketlərin, silah anbarlarının, hərbi bazaların vurulduğunu bildirir.

Suriya ordusu havadan müdafiə raketi atandan sonra Suriyanın bir neçə zenit-raket kompleksinin sıradan çıxarıldığı vurğulanır.

Raket zərbələrində 11 “döyüşçü”nün öldürüldüyü, onlardan yeddisinin qeyri-suriyalı olduğu xəbər verilir.

Suriya dövlət mediası daha öncə bildirmişdi ki, paytaxt Dəməşq yaxınlığına İsrailin raket zərbələrindən iki dinc sakin həlak olub, bir neçəsi yaralanıb.

İran rəsmiləri hələlik, şərh verməsə də, Rusiya İsrailin zərbələrini “yanlış” addım adlandırıb.

İsrail Suriyada İran hədəflərinə dəfələrlə zərbə endirib, Tehranın bu ölkədə hərbi baxımdan həmişəlik oturuşmasını önləməyə çalışır.

Rusiyanın münasibəti

İran Rusiyayla birlikdə Suriyadakı vətəndaş müharibəsində Prezident Bashar al-Assad-ı dəstəkləyib.

Suriyanın SANA xəbər agentliyi ölkənin havadan müdafiə sistemlərinin İsrail raketlərini hədəfə çatmadan vurduğunu iddia edib.

Rusiya Xarici İşlər nazirinin müavini Mikhail Bogdanov-un sözlərinə görə, İsrailin Suriyanı vurması beynəlxalq hüquqa ziddir və gərginliyi qızışdırır.

İsrail noyabrın 19-da bildirmişdi ki, raket müdafiə sistemi Suriyadan Golan yüksəkliyinə atılan dörd raketi vurub. Bundan bir həftə öncə isə İsrail Suriyada Fələstin yaraqlılarının liderlərinin birini hədəfə almışdı.

İslam Cihadı qrupunun rəhbəri Akram al-Ajouri hücumdan salamat çıxsa da, ailə üzvləri öldürülüb.

“Kim bizi incitsə, biz də onu incidəcəyik. Bu gecə də belə etmişik”, – Baş nazir Benjamin Netanyahu deyib və əlavə edib ki, İsrail öz “təhlükəsizliyini qətiyyətlə qorumağa davam edəcək”.

İran Suriyaya qüvvələr göndərib, Livanın Hizbulla şiə hərəkatını və Qəzzədə İslam Cihadı silahlı qruplaşmasını dəstəkləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG