Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:39

Azərbaycan terrorçuluq indeksində neçəncidir


Pakistanda terror
Pakistanda terror

2018-ci ildə dünyada terror hücumlarından ölüm halları 15,2 faiz azalaraq 15 min 952 nəfərə düşüb. Artıq dördüncü ildir bu sahədə irəliləyiş qeydə alınır. İqtisadiyyat və Sülh İnstitutu Qlobal Terrorçuluq İndeksini açıqlayıb.​

Dünyada ən çox ölümə səbəb olan terrorçu qruplaşma Talibandır, indeksdə İslam Dövləti (İŞİD) silahlı qruplaşmasını üstələyib. Taliban ötən il terror nəticəsində ölüm hallarının 38 faizi üçün cavabdehlik daşıyır.

Azərbaycanda durum yaxşılaşıb

Hesabatda terrorçuluğun dünyada təhlükəsizliyə hələ də əsas təhdid olaraq qaldığı vurğulanır. 2018-ci ildə 71 ölkədə azı bir nəfər terrorçuluq nəticəsində həlak olub.

Avropada ölüm halları 70 faiz azalıb. Qərbi Avropada 2012-ci ildən bəri terrorçuluğa bağlı ən az insident baş verib.

Bu il 98 ölkə yerini yaxşılaşdırıb, 40-ı pisləşdirib.

Azərbaycan 138 ölkə içində 103-cü yerdədir. Qonşulardan Rusiya 37, İran 39, Ermənistan 94, Gürcüstan 90-cıdır.

Əfqanıstan 1-ci yerdədir, yəni durumun ən pis olduğu ölkədir. Belarus isə 138-cidir.

Avrasiya regionunda Qazaxıstan, Ermənistan, Ukrayna, Rusiya və Azərbaycanda vəziyyətin xeyli yaxşılaşdığı vurğulanır. Qeyd olunur ki, ötən il Azərbaycanda bir terror hücumu baş versə də, ölən olmayıb.

Ermənistanda da 2018-ci ildə bir terror hücumu yaşanıb, ancaq təhlükəsizlik qüvvələri intiharçını vaxtında zərərsizləşdiriblər.

İŞİD iflas etsə də...

Artıq üçüncü ildir Qərbi Avropada, Şimali Amerikada və Okeaniyada ifrat-sağçı terrorçuluqda artım qeydə alınıb, 2018-ci ildə bu səbəbdən ölənlər 52 faiz artıb. Trend 2019-cu ildə davam edib, sentyabrın sonunadək 77 nəfər dünyasını dəyişib.

“Suriya və İraqda İŞİD-in iflası Qərbi Avropada 2012-ci ildən bəri insidentlərin azalmasına səbəb olub, 2018-ci ildə bu qruplaşma heç bir ölüm halına səbəb olmayıb”, – İnstitutun rəhbəri Steve Killelea deyib.

Ancaq o, vəziyyətin hələ də tam sabitləşmədiyini, Suriyada İŞİD-ə rəğbət bəsləyən çoxsaylı kiçik qrupların olduğunu, bunun da Avropada gələcəkdə hücumları istisna etmədiyini vurğulayır.

2018-ci ildə terrorçuluq dünyaya 33 milyard ABŞ dolları ziyan vurub, bu, bir il öncəkindən 38 faiz azdır.

2014-cü illə müqayisədə terrorçuluq nəticəsində ölüm halları 52 faiz azalaraq 33 min 555 nəfərdən 15 min 952 nəfərə düşüb.

Terrordan ən çox ölüm halları Əfqanıstanda qeydə alınıb, bir il öncəkindən 59 faiz artıb. Bu ölkə indeksin dibində, yəni 1-ci pillədə yer alıb.

2003-cü ildən bəri ilk dəfədir k, İraq terrorçuluğa ən çox məruz qalan ölkə titulundan “əl çəkib”.

Qadınların terrorçuluqda iştirakının artdığı bildirilir. 2013-2018-ci illərdə qadın intiharçıların sayı 450 faiz artıb. Bu müddətdə kişi intiharçıların sayı isə 47 faiz azalıb. Bu artım Boko Haram qruplaşmasının adına yazılır, son beş ildə qadın intiharçıların 80 faizi bu qruplaşmanın payına düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG