Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 18:02

Əfqan uşaqların üçdə ikisinə münaqişə təsirini göstərib


Əfqan uşaqlar

Əfqanıstanda uşaqların üçdə ikisinə ölkədə davam edən münaqişə təsirini göstərib. Bunu Britaniyada mənzillənən “Uşaqları Xilas Edək” (Save the Children) xeyriyyə təşkilatı bildirir.

Münaqişənin təsirinə məruz qalan uşaqlar ya ailə üzvünü itiriblər, ya döyüş və hücumlara şahid olublar, ya da xəsarət alıblar.

Təşkilatın noyabrın 19-da açıqladığı hesabat Əfqanıstanın dörd vilayətində yaşayan 700 yetkin yaşlı və uşaqla müsahibə əsasında hazırlanıb.

Hesabata görə, azyaşlıların əksəriyyəti depressiya və narahatlıq kimi simptomlardan, onlara dəstək xidmətlərinin olmamasından əziyyət çəkir.

Valideynlər deyirlər ki, uşaqlar qorxunu ən çox məktəbə gedəndə yaşayıblar.

Təşkilat uşaqların 38 faizinin özünə xəsarət yetirdiyini, digərlərinin başqa uşaqlara qarşı zorakı davrandığını vurğulayır.

BMT-nin Əfqanıstanda Yardım Missiyasının rüblük hesabatına görə, ötən il əfqan uşaqlar üçün ən ölümcül il olub. Qurum 2009-cu ildən bu ölkədə münaqişənin səbəb olduğu itkiləri sənədləşdirməyə başlayıb. BMT ötən il Əfqanıstan müharibəsindən dolayı 927 uşağın öldüyünü, 2100-dən çox uşağın yaralandığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG