Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 05:08

Fordoya sanksiyalardan möhlət verilməyəcək


Mike Pompeo
Mike Pompeo

Birləşmiş Ştatlar dünən – noyabrın 18-də bildirib ki, İranın Fordo nüvə zavoduna sanksiyalardan daha möhlət verməyəcək. Buna səbəb Tehranın bu yeraltı obyektdə uran zənginləşdirməni bərpa etməsidir.

“Dünyada terrorun ən böyük sponsoru üçün uran zənginləşdirmə limiti sıfırdır... Tehranın əvvəllər gizli fəaliyyət göstərmiş bu obyektdə uran zənginləşdirməyə heç bir legitim səbəbi yoxdur”, – ABŞ Dövlət katibi Mike Pompeo jurnalistlərə deyib.

Rosatom siyahıdadır

Bu ay həm BMT-nin atom agentliyi, həm də İran sözügedən həssas ərazidə uran zənginləşdirməni bərpa etdiyini açıqlayıb. İran bu obyekti 2009-cu ilədək BMT müfəttişlərindən gizlədib.

Avropa ölkələri İranla 2015-ci il nüvə sazişini xilas etməyə çalışırlar. Birləşmiş Ştatlar ötən il sazişdən çıxıb. Tehran isə bu ildən öhdəliklərinin icrasını məhdudlaşdırmağa başlayıb.

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. Sazişə görə, Fordo nüvə, fizika, texnologiya mərkəzinə çevrilməliydi.

Trump administrasiyası sazişdən çıxmasına baxmayaraq, İranla işləyən xarici şirkətlərə sanksiyalardan möhlət verirdi. Bu sıraya Rusiyanın Rosatom şirkəti də daxildir.

Pompeo deyib ki, möhlətlər dekabrın 15-dı bitir. Dövlət Departamenti ötən ay möhlətləri 90 günlüyə uzatdığını açıqlamışdı.

Senatorlar qərarı alqışlayır

Respublikaçı senatorlar Ted Cruz, Lindsey GrahamLiz Cheney qərarı alqışlayıb, administrasiyanı Arak ağırlaşdırılmış su reaktoruna möhləti də qaldırmağa çağırıb. Bu obyektdə Çinin Milli Nüvə Korporasiyası fəaliyyət göstərir.

“İran bu yaxınlarda ağırlaşdırılmış su öhdəliklərini pozduğunu təsdiqlədiyindən bu möhləti uzatmağın əsası yoxdur”, – senatorlar bəyanatda vurğulayırlar.

Silahlara Nəzarət Assosiasiyasının direktoru Kelsey Davenport deyib ki, dünənki qərar nüvə sazişinə təhlükəni artırır, çünki İran üçün nəzərdə tutulan faydanı ləğv edir.

Pompeo İranı etirazçılara qarşı zorakılığı dayandırmağa çağırıb. Bir neçə gündür İranda benzinin bahalanmsına etiraz aksiyaları keçirilir.

İranın İnqilab Keşikçiləri Qvardiyası xəbərdarlıq edib ki, etirazlar səngiməsə hərəkətə keçəcək. Dövlət mediası azı 100 banka, onlarla bina və avtomobilə od vurulduğunu xəbər verir.

“Bu rejimin İran xalqına qarşı istənilən zorakılıq hərəkətini qətiyyətli pisləyirik və bir neçə ölüm hadisəsinin baş verməsindən dərin narahatlıq keçiririk”, – Pompeo vurğulayıb.

XS
SM
MD
LG