Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 17:04

Taliban iki qərbli “girov”u buraxıb


Kabildə Hanas Haqqani (ortadakı şəkil) və daha iki talibançının buraxılmasına etiraz aksiyası

Taliban silahlı qruplaşması üç komandirinin əvəzində iki qərbli girovu azad edib.

Girov mübadiləsinin noyabrın 19-da Zabul vilayətinin Novbahar rayonunda həyata keçirildiyi bildirilir. Bu region əsasən Talibanın nəzarətindədir.

Kabul Amerika Universitetinin iki professoru “Amerika vertolyotları ilə Zabuldan çıxarılıb”, – “Frans Pres” adını çəkmədiyi polis əməkdaşına istinadla yazıb.

***

Taliban silahlı qruplaşmasının üç yüksəkçinli komandiri Qətərə çatıb. Bu, iki qərbli girovla mübadilə çərçivəsində həyata keçirilib. Məlumatı “Reuters” Talibanda üç mənbəyə istinadla yayıb.

“Reuters” xəbər verir ki, iki qərbli girov – amerikalı Keven King və avstraliyalı Timothy Weeks bu gün axşama doğru azad olunmalıdır. Onların hər ikisi universitet professorudur, Kabildəki Amerika Universitetində çalışıblar. Taliban onları 2016-cı ilin avqustunda oğurlayıb.

Tolo News öz mənbələrinə istinadla yazır ki, yaraqlılardan biri – Hanas Haqqani, Haqqani şəbəkəsinin lideri Sirajjuddin Haqqani-nin kiçik qardaşıdır. Bu şəbəkə Talibanın bir hissəsidir, Əfqanıstanda qəddar hücumlar həyata keçirib.

Anas Haqqani-nin digər talibançılar – Hafiz Rashid Omari Haji Milli Khan ilə birlikdə Qətərin paytaxtı Dohada “ev dustaqlığında” saxlanacağı qeyd olunur.

Əfqanıstan hökumətinin təmsilçiləri və Birləşmiş Ştatların Kabildəki səfirliyindən şərh almaq mümkün olmayıb.

Bu girov mübadiləsi noyabrın 12-də gerçəkləşməliydi. Taliban komandirləri Qətərə çatmadığından qruplaşma girovlarının yerini dəyişmiş, mübadilə dayandırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG