Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 21:38

ADR Hərəkatı icra hakimiyyətini məhkəməyə verir


Bakı şəhəri İcra Hakimiyyəti

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Bakı şəhəri İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcəyini açıqlayıb.

Buna səbəb qurumun noyabrın 19-da keçirmək istədiyi piketə BŞİH-in razılıq verməməsi və bu üzdən aksiyanın təxirə salınması göstərilib.

«ADR Hərəkatı BŞİH-in uşaqpulunun bərpa olunması, pensiya yaşının aşağı salınması, təqaüd və müavinətlərin artırılması tələbləri ilə piket keçirilməsinə icazə verməməsini sərbəst toplaşmaq azadlığına müdaxilə sayır. Bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar çıxarılması məqsədilə məhkəməyə müraciət edir, bununla əlaqədar olaraq planlaşdırdığı piketi təxirə salır», - hərəkatın məlumatında yazılıb.

Bakı şəhəri İcra Hakimiyyətinin ADR Hərəkatına cavabında isə qeyd edilib ki, ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq, orada toplantının keçirilməsi ictimai asayişin təmin edilməsi baxımından çətinlik yaradacaq.

Hərəkat BŞİH-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında aksiya keçirmək üçün müraciət etmişdi.

«Bu bəhanə ilə piket faktiki olaraq qadağan edilib. ADR Hərəkatı hesab edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz və kobud müdaxilədir... Beləliklə də, Bakı şəhəri İcra Hakimiyyəti qanunvericilikdə təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol verib, Konstitusiyanın sərbəst toplaşmaq azadlığını təsbit edən 49-cu maddəsini pozub», - ADR Hərəkatı bildirir.

ADR Hərəkatının BŞİH-ni məhkəməyə verməsinə, hələlik, ikincidən münasibət almaq mümkün olmayıb.

ADR Hərəkatı 2014-cü ildə yaradılıb. Ona iqtisadçı Qubad İbadoğlu rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG