Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 16:03

Gürcüstanda etirazçılar məhkəmə önünə çıxarılır


Polis etirazçıları dağıdır
Polis etirazçıları dağıdır

Noyabrın 19-da Tbilisidə 37 nəfər mühakimə olunacaq. Onlar Gürcüstan parlamentinin qarşısında etiraz edərkən saxlanıblar, hüquq-mühafizə əməkdaşlarına müqavimət və xuliqanlıq ittihamıyla saxlanıblar. Açıqlamanı vəkil Georgi Oniani verib.

Daxili İşlər Nazirliyinin dünən – noyabrın 18-də yaydığı bəyanata görə, parlament binasının girişləri “süni yaradılmış maneələrdən təmizlənib”.

“Qanunverici orqan hər hansı əngəlsiz fəaliyyət göstərə bilər”, – bəyanatda vurğulanır.

Dünən etirazçılar parlamentə girişi bağlamışdılar. Toqquşmalarda ikisi polis əməkdaşı olmaqla altı nəfərin xəsarət aldığı bildirilir.

***

Tbilisidə polis etirazçıları dağıdır

Tbilisidə çevik polis alayı parlamentin girişini bağlamış etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıb.

Hadisə yerindən canlı yayımda nümayişçilərin su şırnağı altında qruplar şəklində bir-birinə qısıldığı görünür.

Bu tədbirlər artıq təsirini göstərməyə başlayıb, az sonra etirazçıların çoxu dağılışıb.

***

Tbilisidə etirazçılar parlamentin girişini bağlayıb

Tbilisidə etirazçılar parlamentin girişini bağlayıb, erkən seçki təyin olunmayanadək deputatların içəri keçməsinə icazə verməyəcəklərini deyiblər.

Polis etirazçıları dağıdır
Polis etirazçıları dağıdır

Daxili İşlər Nazirliyi bəyanatında bildirib ki, yürüş “artıq qanun çərçivəsini aşıb”. Ancaq nazirlik parlamentin qarşısının təmizlənməsi üçün hansısa addımların atılacağını bildirməyib.

***

Gürcüstanı dialoqa çağırırlar

Birləşmiş Ştatlar və Avropa Birliyi Gürcüstan hökumətini, siyasi partiyaları və vətəndaş cəmiyyətini “sakit və sayqılı dialoq” aparmağa çağırır.

Artıq bir neçə gündür minlərlə etirazçı Tbilisinin mərkəzinə çıxaraq növbədənkənar parlament seçkisi tələb edir. Noyabrın 17-də antihökumət etirazçılar parlamentin qarşısına yığışıblar. Bundan üç gün öncə parlament proporsional seçki sisteminə keçidlə bağlı konstitusiyaya düzəlişləri rədd edib.

2020-ci ildən qarışıq seçki sistemindən proporsional sistemə keçid yay etirazlarının tələblərindən biri idi. İyun və iyulda minlərlə etirazçı Tbilisidə nümayiş keçirmişdi.

İslahatı hakim partiya da dəstəkləyirdi

Hazırda parlamentdəki yerlərin yarıya qədəri proporsional qaydada seçilir.

Müxalifət partiyalarının mövqeyincə, indiki sistem hakim “Gürcü arzusu” partiyasının xeyrinədir.

Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyi və ABŞ səfirliyi “Gürcüstan cəmiyyətinin geniş seqmentinin parlamentin konstitusiyaya dəyişiklikləri qəbul etməməsindən dərin məyusluğunu anlayır”, – noyabrın 17-də verilmiş birgə bəyanatda deyilir.

Proporsional seçkiyə keçidin ertələnməsi “hakim partiya ilə digər siyasi partiyalar və vətəndaş cəmiyyəti arasında inamsızlığı və gərginliyi artırıb”, – bəyanatda vurğulanır.

Parlamentin dəyişikliyi qəbul etməməsini Avropa Şurası Parlament Assambleyası da tənqid edib.

Gürcü Arzusu partiyası və onun qurucusu və lideri, milyarder Bidzina Ivanishvili bu islahatı dəstəkləyirdi, ancaq parlamentdən keçmədi.

Bu addım, spiker müavini Tamar Khangoshvili daxil olmaqla bir sıra deputatların hakim partiyadan istefa verməsinə səbəb olub.

XS
SM
MD
LG