Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:35

Lukashenka yenə namizədliyini verəcəyini deyir


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Belarus Prezidenti Alyaksandr Lukashenka 2020-ci ilin prezident seçkisində namizədliyini verəcəyini deyir. Dünən – noyabrın 17-də Belarusda parlament seçkisi keçirilib.

Həmin gün jurnalistlərə danışan Lukashenka deyib ki, prezident seçkisindən öncə konstitusiyanı dəyişmək “səfehlik olardı”. Prezident onu da əlavə edib ki, xalq onu dəstəkləməsə hakimiyyətdən yapışmayacaq.

“Göyərmiş barmaqlarla kreslomdan yapışmayacağam”, – 65 yaşlı Lukashenka deyib.

O, 1994-cü ildən 9,5 milyon əhalisi olan ölkəni idarə edir, hazırda beşinci dönəmdir prezident postundadır. 2004-cü ildə keçirilmiş referendumda prezident seçilməyə məhdudiyyət aradan qaldırılıb.

Seçki məntəqəsində lotereya

Parlament seçkisində daha çox Lukashenka-ya sadiq namizədlərin qalib gələcəyi şübhə yaratmır, ancaq bir xeyli müxalifətçi də qeydiyyata alınıb.

Seçki rəsmiləri seçicilərin 71 faizinin səsverməyə getdiyini açıqlayıb. 110 seçki dairəsinin hamısında seçkinin baş tutduğu bildirilib.

Bir sıra seçki məntəqələrində yemək bufetləri təşkil olunub, dadına baxmağa çörək təklif olunub, kartof pənkeyklərini necə hazırlamaq təlimləri təşkil edilib. Minskdə bir məntəqədə bir seçiciyə 30 kiloqram arpa təklif olunub. Digər məntəqədə dental konsultasiya verilib, yaxud dizüstü kompüterlər, smartfonlar oynanılan lotereyalar keçirilib.

Əsasən möhür rolunu oynayan parlamentə seçki Belarusun yolayrıcında qaldığı bir dönəmə təsadüf edir.

Moskva Minskdən hərbi və iqtisadi əməkdaşlığı sıxlaşdırmağı tələb edir. Lukashenka isə Avropa Birliyi, Birləşmiş Ştatlar və Çinlə daha sıx əlaqələr qurmağa çalışır.

Lukashenka jurnalistlərlə söhbətində Qərb müşahidəçilərinin seçkiylə bağlı dəyərləndirməsindən narahat olmadığını deyib.

“Bu məsələdən narahat olmaq kimi bir vərdişim yoxdur”, – o deyib.

“Cəmiyyət prezidentin bu seçkini necə təşkil etməsini bəyənmirsə, gələn il yenisini seçə bilər”, – o deyib.

Noyabrın 18-də ATƏT-in seçkini müşahidə missiyası ilkin rəyini açıqlamalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG