Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 12:53

ABŞ Fransanın təklifini ‘məsuliyyətsiz’ adlandırır


Mike Pompeo və NATO-nun Baş katibi Jens Stoltenberg (solda)

Birləşmiş Ştatlar həbsdə olan minlərlə ekstremisti İraqda məhkəmə qarşısına çıxarmaqla bağlı Fransanın təklifini “məsuliyyətsiz” adlandırıb. Hazırda Suriyada saxlanan ekstremistlər məsələsində Vaşinqtonla Avropa müttəfiqləri arasında ziddiyyət yaşanmaqdadır.

ABŞ Dövlət katibi Mike Pompeo noyabrın 14-də deyib ki, İslam Dövləti (İŞİD) yaraqlıları ilə mübarizə aparan Avropa və digər ölkələr İraq və Suriyada saxlanmış vətəndaşlarını geri alaraq mühakimə etməli, qruplaşmanın müharibənin əldən saldığı həmin ölkələrdə yenidən ərazilər ələ keçirməsinə imkan verməməlidir.

“Koalisiya üzvləri həbsdə olan minlərlə döyüşçünü geri qəbul etməli, onları törətdikləri vəhşiliklərə görə mühakimə etməlidir”, – Pompeo vurğulayıb.

30-dan artıq ölkənin rəsmisi Fransanın təklifi ilə Vaşinqtonda bir arata gələrək ekstremistlərin məsələsini müzakirə ediblər.

Ötən ay ABŞ Prezidenti Donald Trump-ın Suriyadan hərbçiləri çıxarması qərarı Fransanın tənqidinə səbəb olub.

Həmin qərardan sonra Türkiyə Suriyanın şimalında kürd yaraqlılara qarşı əməliyyata başladı.

Günün bütün mövzuları

XS
SM
MD
LG