Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 21:39

Yanğında 10 nəfər tüstüdən zəhərlənib


Yanğın

Noyabrın 15-i gecə saatlarında Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi-16 saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, yanğın söndürülüb. Yanğın zamanı bina sakinlərinin təhlükəsiz əraziyə təxliyə olunduğu qeyd edilir.

Nazirlik habelə bildirib ki, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Yanğının baş vermə səbəbi araşdırılır.

Nazirliyin daha sonra yaydığı məlumatda isə qeyd edilib ki, nəticədə binanın 950 kvadratmetr olan dam örtüyünün yanar konstruksiyaları 112 kvadratmetr sahədə yanıb. Habelə, mansardın bir hissəsinin də zərər gördüyü, yanğının iki mənzilə də keçdiyi vurğulanır. Binanın dam örtüyünün, mansardın qalan hissəsi və başqa mənzillərin yanğından mühafizə olunduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG