Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:40

Şimali Koreya Bidenə ‘quduz it’ deyir


Joe Biden

Şimali Koreya ABŞ-ın keçmiş vitse-prezidenti, 2020-ci il prezident seçkisində Demokrat Partiyasından aparıcı namizəd Joe Bidenə “qudurmuş it” deyib, onun “çubuqla ölənədək döyülməli olduğunu” bildirib.

Noyabrın 14-də açıqlanmış bu ifadə hətta Şimali Koreyanın standartları ilə belə qeydi-adi dərəcədə qəddar səslənir. Bu ölkə düşmənlərini çox vaxt qeyri-adi leksikonla təsvir edir.

Biden “ağılsızcasına Şimali Koreyanın ali rəhbərliyinin şərəfini qaralamağa cəsarət edib”, – Pxenyanın rəsmi KCNA xəbər agentliyi bildirib.

“Biden kimi qudurmuş itlərə icazə verilsə çox adamı incidə bilərlər… Onları çubuqla ölənədək döymək lazımdır. Bunu etmək Birləşmiş Ştatlar üçün də yaxşı olardı”, – bəyanatda vurğulanır.

Bidendə “demensiyanın son mərhələsinin əlaməti özünü göstərir. Görünür, onun həyatdan getməsinin vaxtı çatıb”, – bəyanatda deyilir.

Bidenin seçki kampaniyası bu həftə yaydığı reklamda Prezident Donald Trump-ın xarici siyasəti tənqid olunur, deyilir ki, “diktatorlar və tiranlar təriflənir, müttəfiqlərimiz kənara atılır”.

“Tiranlar” sözü eşidilən kimi Trump ilə Şimali Koreya lideri Kim Jong Un-un ötən ilki samitdə əl sıxdıqları foto görünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG