Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 12:41

Bağdadda 4 etirazçı öldürülüb


İraqda etirazçı

Noyabrın 14-də Bağdadın mərkəzində etirazçılarla təhlükəsizlik qüvvələrinin toqquşmasında 4 etirazçı öldürülüb, 62 nəfər yaralanıb. Məlumatı İraq rəsmiləri açıqlayıb.

Toqquşmalar bir neçə həftədir etirazların getdiyi Təhrir meydanı yaxınlığında baş verib.

Etirazlar əsasən Bağdadda və əsasən şiələrin yaşadığı cənub vilayətlərində gerçəkləşir.

Oktyabrın 1-dən başlanmış iğtişaşlarda azı 320 nəfər öldürülüb, minlərlə adam yaralanıb.

Onminlərlə nümayişçi küçələrə çıxaraq geniş yayılmış korrupsiyaya, imkanların yoxluğuna, təməl xidmətlərin kasadlığına, elektrik təminatında kəsintilərə etiraz edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG