Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:25

Özlərinə hədiyyə aldırdılar ki, prezident təqdim eləsin


Türkmənistanda Məhsul bayramı

Türkmənistanda hakim orqanlar pambıq planını dolduran icarədar və kombaynçılara tapşırıblar ki, 43 düyümlük televizor alaraq Məhsul bayramına getsinlər, bu hədiyyə prezidentin adından onlara təqdim olunacaq.

Bu haqda AzadAvropa/AzadlıqRadiosunun türkmən xidməti – Azatlık Radiosu məlumat yayıb.

Yeni televizor almağa imkanı olmayanlara isə tapşırılıb ki, köhnə televizorlarını “bəzəkli bağlatdırıb” gətirsinlər.

Bayramqabağı büdcə təşkilatı işçiləri meyvə-tərəvəzi yuyub qəşəng qutulara qoymaqla məşğul olub. Axı, Məhsul bayramında hamısını televizorda göstəriblər. Mexanizatorlara cızıqları rəngləmək, traktor və yük maşınlarını yumaq tapşırılıb.

Türkmənistanda dövlət bayramlarını televizorda göstərmək üçün öncədən çəkirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG