Keçid linkləri

Təcili xəbərlər
2023, 02 İyun, Cümə, Bakı vaxtı 20:04

Almaniya Şimal axını-2 layihəsinə hüquqi əngəli qaldırdı


Şimal axını-2 çəkilir

Noyabrın 13-də Almaniya parlamentinin qəbul etdiyi enerji qanunu Rusiyanın Şimal axını-2 layihəsinə hüquqi əngəli aradan qaldırıb. Qanun layihəyə Avropanın bir qurumun həm təbii qaz istehsalçısı, həm də təchizatçısı olmasına qadağasından yan keçmək imkanı verir.

Bu, Rusiyanın Gazprom şirkətinə məxsus 1225 kilometrlik sualtı kəmərin tamamlanması yolunda son əngəllərdən biriydi.

Ötən ay Danimarka kəmərin onun iqtisadi zona sayılan ərazisində tikilməsini təsdiqləyib. Bu da Gazproma vaxt və pul qazandırıb, əks halda Danimarka yurisdiksiyasından yan keçməkdən ötrü kəmərin marşrutu dəyişdirilməliydi.

Şimal axını- 2 Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz nəql edəcək və bu ölkənin Rusiyadan idxalını ikiqat artıracaq.

Şirkət bir neçə aya layihəni tamamlamağı planlaşdırır.

Rusiya tarixən qazı Ukrayna ərazisindən ixrac edib, Kiyev bundan ilə 2-3 milyard dollar qazanır ki, bu da ölkə iqtisadiyyatı üçün ciddi məbləğdir.

Ancaq Moskvanın Kiyevlə münasibətləri pisləşdiyindən Avropaya qazı Ukraynadan yan keçməklə ixrac etməyə çalışır.

Sözügedən layihə Avropanı iki yerə bölüb, tənqidçilər onun Avropanın Rusiyadan asılılığını artıracağını, Kremlin hərbi macəralarına xərcləri gücləndirəcəyini və bunun Ukraynaya ziyan vuracağını deyirlər.

ABŞ Prezidenti Donald Trump kəmər layihəsinə, layihəyə kömək edən şirkətlərə sanksiya qoymaqla hədələyib.

XS
SM
MD
LG