Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Netanyahu-dan "İslam Cihadı"na xəbərdarlıq


Benjamin Netanyahu hökumətin iclasında

İsrailin Baş naziri Benjamin Netanyahu Qəzzədəki İslam Cihadı qruplaşması yaraqlılarına xəbərdarlıq edib ki, raket hücumlarını dayandırsınlar, ya da “daha artıq zərbələr”ə hazır olsunlar. Regionda zorakılıq iki gündür yüksələn xətt üzrə gedir.

Noyabrın 13-də səhər İsrailin Qəzzəyə raket zərbələrindən daha iki fələstinli öldürülüb. Bununla da noyabrın 12-də başlanan hücumlarda ölü sayı 12-yə çatıb.

Netanyahu noyabrın 13-də hökumətin iclasında deyib ki, İsrail vəziyyətin daha da qızışmasını istəmir.

Fələstin yaraqlıları da noyabrın 13-də İsrailə raket atıblar, ancaq itki barədə informasiya açıqlanmayıb.

Bir gün öncə İsrail İslam Cihadının komandirlərindən birini öldürdüyünü bildirib. İsrailin məlumatına görə, Baha Abu Al-Atta sərhəddə bir sıra hücumları həyata keçirib və əlavə hücumlar planlaşdırıb.

Fələstinin İslam Cihadı qruplaşmasını İran dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG