Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Venesiyada suyun səviyyəsi artıb


Mer Luigi Brugnaro Müqəddəs Mark meydanında
Mer Luigi Brugnaro Müqəddəs Mark meydanında

Venesiyada suyun səviyyəsi son 50 ildə ən yüksək həddə çatıb.

Noyabrın 12-də axşam şəhərin 90 faizində daşqın yaranıb, selin yuxarı həddə 187 santimetrə çatıb. Sonuncu dəfə 1966-cı ildə suyun səviyyəsi 198 santimetr idi. Məlumatı İtaliyanın cərəyanların monitorinqi mərkəzi noyabrın 13-də açıqlayıb.

Veneto regionunun qubernatoru Luca Zaia bir nəfərin öldüyünü deyib. Ancaq ölümün səbəbi bəlli deyil. İtaliya mediası 78 yaşlı kişinin suyun evə dolması nəticəsində cərəyanvurmadan dünyasını dəyişdiyini xəbərləyib.

Müqəddəs Mark Kafedralı suyla dolub, mozaikalar və digər incəsənət əsərlərinin zədələnəcəyi sarıdan narahatlıq yaranıb.

Bazilikanın yerləşdiyi Müqəddəs Mark Meydanı qismən ziyan görüb, çünki şəhərin daha aşağı hissəsində yerləşir.

Mer baryer tikintisi layihəsini tamamlamağa çağırır

Rəsmilər noyabrın 13-də 160 santimetr hündürlükdə ikinci dalğanı gözləyirlər. Sərhədçilər su ambulansları kimi işlətməyə əlaqə qayıqları hazır vəziyyətə gətiriblər.

Venesiya meri Luigi Brugnaro “dramatik vəziyyət”ə görə iqlim dəyişikliyini günahlandırıb, sahil baryerlərinin tikintisi layihəsini tamamlamağa çağırıb.

Sualtı üzən baryerlərin məqsədi Venesiyaya cərəyanı yönləndirən cənub küləklərinin yaratdığı daşqının qarşısını kəsməkdir. Layihədə 78 üzən darvazanın tikilməsi planlaşdırılır.

Ətraf mühit fəalları bu layihəyə qarşı çıxırlar, onun zərif laqun ekosisteminə ziyan vura biləcəyini deyirlər. Layihə həm də xərclərin yüksəkliyi, korrupsiya qalmaqalı üzündən yubanıb.

“Frans Pres” agentliyi antik mebel hissələrinin suda üzdüyünü yazır.

Son günlər İtaliyada leysan yağışlar yağır, ölkənin cənub hissəsində daşqın yaranıb. Növbəti günlərə də pis hava proqnozlaşdırılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG