Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 18:01

Çexiya QHT-si də qara siyahıya düşdü


Rusiyada etirazçı, arxiv fotosu

Çexiyanın “People in Need” qeyri-hökumət təşkilatı Rusiyada “arzuolunmaz” qurumlar siyahısına düşüb. Ədliyyə Nazirliyi bunu noyabrın 12-də açıqlayıb.

Rusiya Baş prokurorunun müavini noyabrın 7-də belə bir qərar veribmiş.

Nazirlik bu qərarı dəstəkləməsinin səbəblərini açıqlamayıb. Çexiyanın təbii fəlakət qurbanlarına yardım, maarifləndirmə, insan haqları qrupunun “Rusiya Federasiyası vətəndaşlarının fundamental insan haqları və azadlıqları”nə hansı formada pozduğu bəlli deyil.

“ People in Need ” 1992-ci ildə yaradılıb. Rusiya Prezidenti Vladimir Putinin “arzuolunmaz”larla bağlı 2015-ci il qanunu çərçivəsində qara siyahıya salınan 19-cu təşkilata çevrilib.

Bu qanunu insan haqları qurumları tənqid edib, Rusiyada “vətəndaş cəmiyyətini sıxışdıran divantutmanı gücləndirəcəyini” bildirib.

Qanunun Çexiyanın qeyri-kommersiya təşkilatına necə tətbiq ediləcəyi bəlli deyil.

İndiyədək bu siyahıya Rusiyada insan haqları pozuntularını tənqid edən, Vaşinqtonda mənzillənən Atlantik Şurası, diaspora təşkilatı olan Ukrayna Ümumdünya Konqresi, Milli Demokratiya Fondu, ABŞ-ın German Marshal Fondu da salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG