Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 16:43

Boliviyada əsgərlər polislə birlikdə asayişi qoruyacaq


Boliviyalılar prezidentin istefasını bayram edir

Boliviya ordusu polislə birlikdə paytaxt La-Pasda asayişi qoruyacaq. Bu haqda noyabrın 11-də məlumat verilib. Bu arada keçmiş prezident Evo Morales-in tərəfdarları və opponentləri arasında küçə toqquşmaları baş verməkdədir.

Morales noyabrın 10-da istefa verib. Onun ötən ay prezident postuna yenidən seçilməsinə etirazlar üç həftəydi gedirdi. Ordu rəhbəri onu istefaya çağırandan az sonra Morales istefa verdi.

Meksika noyabrın 11-də bildirib ki, Morales sığınacaqla təmin olunub. Ancaq Xarici işlər naziri Marcelo Ebrard onun hazırda harada olduğunu açıqlamayıb.

Keçmiş prezidentin istefası ölkədə hakimiyyət vakuumu yaradıb. Parlament aralıq dövrdə ölkəni kimin idarə edəcəyini açıqlamalıdır. Morales-in müavini Alvaro Garcia Linera, Senatın və Deputatlar Palatasının prezidentləri də istefa veriblər.

Dpa agentliyi yerli mediaya istinadla 48 saat ərzində 20-dək aparıcı rəsminin, nazirlərin, seçki tribunalı rəhbərinin, qubernator və merlərin istefa verdiyini bildirir.

60 yaşlı Morales 2006-cı ildən hakimiyyətdə idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG