Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 17:10

İspaniyada sosialistlər qəti qələbə çala bilməyiblər


İspaniyada səsvermə məntəqəsi

İspaniyada baş nazir vəzifəsini icra edən Pedro Sanchez və hakim sosialistlər 350 yerli parlamentdə çoxluğu qazana bilməyiblər. Bülletenlərin 99 faizi sayılandan sonra ilkin nəticələr açıqlanıb.

Qətiyyətli qələbənin əldə olunmaması o deməkdir ki, ölkədə siyasi çıxılmaz durum davam edə bilər. İfrat sağçı Vox partiyası isə apreldəkindən iki dəfə artıq səs yığıb.

Sosialist PSOE parlamentdə 120 yer qazana bilər, səslərin 28 faizini yığıb. Səsvermədən sonra Sanchez “siyasi partiyaların hamısını” ölkəni siyasi çıxmazdan çıxarmağa çağırıb.

İkinci yerdə gələn mühafizəkar Xalq Partiyası səslərin 20,8 faizini yığmaqla 88 yer qazanıb.

15,1 faiz səs yığan Vox-un 52 yer qazanacağı görünür.

İfrat-sağçı partiyanın 43 yaşlı lideri Santiago Abascal İspaniyanı “yenidən zəbt etmək”dən danışıb. O, orta əsrlərə xas leksikondan istifadə edib.

Noyabrın 10-da ölkədə son dörd ildə dördüncü seçki keçirilib.

Yeni partiyaların meydana çıxmasıyla son illər İspaniya siyasətində fraksiyalar çoxalıb.

Vox aprel seçkisində cəmi 24 yer qazanmışdı. Bu, 1975-ci ildə diktator Francisco Franco-nun ölümündən sonra ölkəyə demokratiyanın qayıdışından bəri ifrat-sağçı fraksiyanın ən yaxşı perfomansı sayılırdı.

Santiago Abascal Vox-u 2014-cü ildə təsis edib. Onun özü PP-nin mühüfizəkar qanadındaındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG