Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 22:34

Honq Konqda polis etirazçıya atəş açıb


Polis əməkdaşı (solda) etirazçıya (mərkəzdə) sinəsindən atəş açır, 11 noyabr, 2019-cu il

Noyabrın 11-də Honq Konqda demokratiya tələb edən etirazçılar nəqliyyatın gur vaxtında onun işini pozublar. Polis bir etirazçıya atəş açıb, o, hazırda kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Artıq altıncı aya keçmiş etirazlar son günlər daha da qızışıb, buna bir tələbənin ölümü səbəb olub. Şəhərdə xaos yaranıb.

Etirazçılar Pekinin bu muxtar ərazidə təməl azadlıq və hüquqları getdikcə daha çox pozduğunu deyirlər.

Noyabrın 8-də 22 yaşlı bir tələbə dünyasını dəyiib. O, polisin təmizləmə əməliyyatı zamanı parklama qarajının üstündən yıxılaraq ölüb.

Bazar ertəsi səhər etirazçılar qatar relslərini, yolları bağlayıblar.

Polis isə etirazçılar bibər qazıyla dağıtmağa çalışıb, bir polis əməkdaşı etirazçıya atəş açıb.

Etirazçıların ticarət mərkəzlərində mağazalara basqın etdikləri ərazilərdə isə onlara qarşı gözyaraşdırıcı qazdan istifadə olunub.

Polis 88 nəfərin müxtəlif ittihamlarla saxlandığını deyir.

Noyabrın 9-da altı deputat yerli qanunverici assambleyanın 11 may iclasının işini əngəlləmək ittihamıyla həbs olunub. Həmin iclasda ekstradisiya layihəsi müzakirəyə çıxarılmışdı. Elə etirazlara da həmin qanun layihəsi səbəb oldu, sonradan layihə geri qaytarıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG