Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:12

Rusiyanın tanınmış insan haqları müdafiəçisi vəfat edib


Olga Romanova və Sergei Sharov-Delone (solda), 2017-ci il

Rusiyanın tanınmış insan haqları müdafiəçilərindən Sergei Sharov-Delone 63 yaşında dünyasını dəyişib.

O, noyabrın 7-də gecə, xərçəng xəstəliyindən vəfat edib. Məlumatı hüquq müdafiəçisinin oğlu Aleksandr Sharov və “Məhbus Rusiya” insan haqları təşkilatının sədri Olga Romanova verib.

Sharov-Delone 6 May Komitəsinin üzvü idi. Bu komitə 2012-ci ilin mayında Vladimir Putin prezident kimi üçüncü müddətə and içməzdən öncə Moskvada etirazçılara qarşı polis qəddarlığını araşdırırdı.

O, saxlanan fəallara “Məhbus Rusiya” təşkilatı vasitəsilə fəal yardım edir, Moskvada mənzillənən İctimai Müdafiəçilər Məktəbinin işini koordinasiya edirdi.

Sharov-Delone sovet dissident Vadim Delone-nin əmisi oğludur. Vadim Delone 1968-ci ilin avqustunda Çexoslovakiya Sovet İttifaqının başçılıq etdiyi Varşava Paktı tərəfindən işğal olunanda Moskvada Qırmızı Meydanda açıq etiraz etmişdi.

AzadAvropa/AzadlıqRadiosu 2017-ci ildə Sharov-Delone-nin həyatı və fəaliyyətindən söz açan “Müdafiəçi” adlı sənədli film hazırlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG