Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:25

İraqda azı 10 etirazçı öldürülüb


Bağdadın mərkəzində etirazçı
Bağdadın mərkəzində etirazçı

İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdadda azı 6, Bəsrədə isə dörd etirazçını güllələyib. Hökumətə qarşı etirazlar səngimək bilmir. Etirazçılar siyasi elitanın istefasını tələb edirlər

Polis və tibb mənbələrinin noyabrın 7-də bildirməsinə görə, toqquşmalarda onlarla adam yaralanıb.

Təhlükəsizlik qüvvələri Bağdadın mərkəzində etirazçılara atəş açıb, 35 nəfər yaralanıb.

Nümayişçilər Dəclə çayının qərb sahilinə aparan iki körpünün yaxınlığındakı baryeri qaldırmağa çalışıblar. Onlar hökumət binalarının və xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonaya çıxış əldə etmək istəyiblər, ancaq təhlükəsizlik qüvvələri qarşılarını kəsib.

Bəsrədə dörd gündür oturaq aksiya keçirən nümayişçilərə də atəş açılıb. Azı dörd nəfər öldürülüb.

Nəsriyyə limanı işini bərpa edib

İraqın cənubunda, Umm- Qəsr limanı daxil olmaqla bir neçə yerdə toqquşmalar olub. İraq iqtisadiyyatı üçün vacib sayılan buğda, bitki yağları, şəkər ölkəyə bu limandan daxil olur.

Hakimiyyət noyabrın 7-də yaxınlıqdakı Nəsriyyə neft emalı zavodunun işini bərpa etdiyini bildirib.

Son illərin ən böyük etirazları sayılan son nümayişləri hökumət yatıra bilməyib. Bu etirazlar 2017-ci ildə İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının məğlubiyyətindən sonra yaranmış sakitçiliyə də son qoyub.

Oktyabrın 1-dən bəri əsasən silahlı etirazçılara divantutma 260-dan adamın həyatına son qoyub.

Nümayişə çıxanlar işsizliyə, elektrik və təmiz su çatışmazlığına, təhsilin, səhiyyənin durumuna, korrupsiyaya etiraz edirlər.

Nümayişlərdə ölkədə xarici qüvvələrin güclü şəkildə iştirakına da etiraz səsləndirilir. Şiə döyüşçüləri dəstəkləyən qonşu İran da bu sıradadır.

Bağdad İranla Birləşmiş Ştatlar arasında münasibətləri balanslaşdırmağa çalışır. Vaşinqton İraqa iqtisadi və hərbi yardım göstərib, İŞİD-ə qarşı mübarizədə İraq qüvvələrini dəstəkləyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG