Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Sentyabr, Cümə, Bakı vaxtı 18:32

Trump və Erdogan noyabrın 13-də görüşəcəklər


Donald Trump (solda) və Recep Tayyip Erdogan, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump gələn həftə Ağ evdə türkiyəli həmkarı Recep Tayyip Erdogan-ı qəbul edəcək. Bu görüş iki NATO müttəfiqinin Suriyadakı əməliyyatlar, Rusiyanın Ankaraya qabaqcıl silah satışından dolayı ziddiyyətlərlə eyni vaxta düşür.

İki lider telefon söhbətində “noyabrın 13-də Vaşinqtonda görüşəcəklərini təsdiqləyiblər”, – Türkiyə prezidentliyi bildirib.

Söhbət “çox yaxşı” keçib

Erdogan bundan öncə demişdi ki, Suriya münaqişəsi üzrə narazılıq və ABŞ Nümayəndələr Palatasının bu yaxınlarda ermənilərin bir əsr öncə kütləvi öldürülməsini soyqırımı kimi tanıması səbəbindən səfərini təxirə salmağı nəzərdən keçirir.

Trump Twitter-də yazıb ki, Erdogan-la telefon söhbəti “çox yaxşı” keçib və onunla görüşü “səbirsizliklə gözləyir”.

Trump-ın sözlərinə görə, söhbət zamanı Suriya-Türkiyə sərhədi, terrorçuluqla mübarizə, kürdlərlə ədavətə son qoymaq və “bir çox digər məsələlər” müzakirə olunub.

İki lider oktyabrın əvvəlində telefonla danışandan iki gün sonra – oktyabrın 9-da Türkiyə Suriyanın şimal-şərqində əsasən kürd qüvvələrinin olduğu ərazilərdə hərbi əməliyyat başlatdı.

Trump həmin ərazidən ABŞ qüvvələrini çıxarmağa başladı, ancaq Türkiyənin addımına qarşı çıxdı, Vaşinqtonun “bu hücumu dəstəkləmədiyini” bildirdi.

Suriyada İslam Dövləti (İŞİD) yaraqlılarının məğlubiyyətə uğradılmasında böyük rol oynamış kürd qüvvələr ABŞ-ın əsgərlərini çıxarmasını “arxadan zərbə” adlandırdı.

S-400-dən də danışacaqlar

Gələn həftəki görüşdə Türkiyənin Rusiyadan aldığı S-400 raketdən müdafiə sistemləri də müzakirə olunacaq. Bunu Dövlət Departamentinin aparıcı rəsmisi noyabrın 6-da Vaşinqtonda keçirdiyi brifinqdə deyib.

Birləşmiş Ştatlar və NATO Türkiyənin bu sistemi almasını tənqid edib, alyansın müdafiə qabiliyyəti ilə uyğun gəlmədiyini bildirib.

Birləşmiş Ştatların mövqeyinə görə, yeni hərbi təyyarəsi S-400 ilə yanaşı istifadə olunarsa, Rusiya onun barəsində həssas texniki ayrıntıları əldə edə biləcək.

Türkiyə Müdafiə Sənayesi Direktorluğu başçısının noyabrın 4-də bildirməsinə görə, S-400-ün ikinci partiyası gələn il alınacaq.

“Bunu gələn ilə planlaşdırırıq. Birinci partiyadan fərqli olaraq, burada birgə istehsal və texnologiya transferi var. Bu, birinci sistemdəki kimi ‘tez alıb yerləşdirək’ yanaşmasından fərqlidir”,Ismail Demir NTV-yə deyib.

XS
SM
MD
LG