Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 02:14

ABŞ 2019-cu ildə Ermənistana yardımı 40 faiz artırıb


Ermənistanın baş naziri Nikol Pashinian və ABŞ-ın Yerevandakı səfiri Lynne Tracy, 31 oktyabr, 2019
Ermənistanın baş naziri Nikol Pashinian və ABŞ-ın Yerevandakı səfiri Lynne Tracy, 31 oktyabr, 2019

ABŞ 2019-cu ildə Ermənistana yardımı 40 faiz artıraraq 60 milyon dollara çatdırıb.

Bu barədə ABŞ-ın Yerevandakı səfirliyi məlumat yayıb.

AzadlıqRadiosu erməni xidmətinin noyabrın 6-da verdiyi məlumata görə, bura ABŞ Dövlət Departamenti ilə yanaşı, Müdafiə və Energetika nazirlikləri, ABŞ-ın Meşə xidməti , habel ABŞ Beynəlxalq İnkişaf Agentliyi-nin proqramları daxildir.

Məlumata görə bu vəsaitlər, həmçinin Ermənistanda demokratiyanın inkişafı, korrupsiya ilə mübarizə, enerji təhlükəsizliyi, insan haqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və təhsil səhəsinin inkişafına da yönəldilib.

ABŞ 1992-ci ildən bu yana Ermənistana 2 milyard dollardan çox yardım verib.

XS
SM
MD
LG