Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:03

Elektron skuterlər qadağan edilir


Arxiv fotosu

Dünən – oktyabrın 6-da Sinqapur da elektron skuterlərin qadağan olunduğu şəhərlər sırasına qoşulub.

“Reuters” agentliyi e-skuterlərin Berlindən tutmuş Parisədək bir sıra şəhərlərdə xeyli populyar olduğunu, ancaq bəzən qəzalardakı roluna görə ittiham olunduğunu yazır. Bu il Sinqapurda yaşlı bir qadın belə qəzada dünyasını dəyişib.

İndi şəhərdə səkilərdə e-skuter sürən şəxslər ya 3 ayadək həbs oluna, ya da cərimələnə bilər.

Elektron skuterlər indiyədək daha beş ölkədə ya qadağan olunub, ya da istifadəsi məhdudlaşdırılıb.

Cərimə, həbs...

Parisdə səkidə e-skuter sürən 135 avro cərimələnə bilər. Paytaxtda bu cür nəqliyyat vasitələri üçün maksimum saatda 20 km sürət həddi müəyyən olunub. Apreldə baş vermiş qəzada onlarla adam yaralanmış, 80 yaşlarında bir kişi dünyasını dəyişmişdi.

Almaniyada deputatlar mayda yolda və velosiped cığırlarında e-skuterlər sürməyi qanuniləşdirib, ancaq səkilərdə qadağandır. Sürənlərin yaşı 14-dən yuxarı, sürət həddi saatda maksimum 20 olmalıdır.

Ötən il Madrid də piyada zonalarında və sürət həddi saatda 50 km-dən yuxarı yollarda e-skuterləri yasaqlayıb.

Britaniyada ictimai yollarda, velosiped cığırlarında, səkilərdə e-skuter sürmək qanunsuzdur və qaydanı pozanları 300 funt-sterlinq cərimə gözləyir. Ancaq bu yaxınlarda qadağanı qaldırmaq çağırışı səslənir.

Birləşmiş Ştatların bəzi şəhərlərində də elektron skuterlərə məhdudiyyətlər qoyulub. Sentyabrda aparılmış tədqiqat üzə çıxarıb ki, bu nəqliyyat vasitələrinin xəsarətlərin artmasında rolu var. Qəzalar isə adətən içkili gənclər tərəfindən törədilir.

Atlanta avqustda gecə vaxtı e-skuterləri qadağan edib. Bundan öncə bir insidentdə dörd nəfər həlak olmuşdu. San Fransisko isə ötən il müvəqqəti qadağa qoyub, sakinlərdən qanunsuz parklama, küçələrdə basırıqla bağlı şikayətlər gəlirdi.

XS
SM
MD
LG