Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:36

MSK namizədlərə ödənişsiz KİV-ləri açıqlayıb


Seçki plakatı

Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində 4 kütləvi informasiya vasitəsində (KİV) ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Bu imkandan ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları yararlana biləcək.

Həmin KİV-lərin siyahısına İctimai Televiziya və Radio Yayımları Şirkəti, «Azərbaycan», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetləri daxildir.

Qalan namizədlər isə öz təbliğatlarını öz imkanları hesabına qurmalıdırlar.

Bəzi müxalifət partiyalar bələdiyyə seçkilərinə qatılmamaq haqqında qərar veriblər. Onlar bunu bələdiyyələrin səlahiyyətlərinin azlığı və ölkədə demokratik seçki imkanının olmaması ilə izah ediblər.

Amma rəsmilər və MSK təmsilçiləri belə fikirləri qəbul etmirlər.

Bu bələdiyyə seçkilərində təşviqat mərhələsi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Dekabrın 23-də Azərbaycanda sayca 5-ci bələdiyyə seçkiləri keçirilməlidir. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə gerçəkləşib.

XS
SM
MD
LG