Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:08

Tacikistan sərhədində 17 nəfər öldürülüb


Hadisə yeri
Hadisə yeri

Tacikistan-Özbəkistan sərhədində məntəqəsində atışma olub, bir sərhədçi, bir polis əməkdaşı və 15 nəfər “silahlı və maskalı hücum edən” həlak olub.

Noyabrın 6-da sərhəd məntəqəsinə 20 nəfər hücum edib. Sultanabad postuna hücum yerli vaxtla gecə 3-də baş verib.

Hücum zamanı naməlum şəxslər beş Kalaşnikov avtomatı ələ keçiriblər. Bunu Tacikistanın Milli Təhlükəsizlik Komitəsi bildirir.

Daxili İşlər Nazirliyi hücum edənlərin dörd maşınının dağıdıldığını bildirir.

“Təhlükəsizlik qüvvələri əməliyyat nəticəsində silahlı kriminal qrupun 15 üzvünü mühasirəyə alaraq zərərsizləşdiriblər, beş nəfər saxlanıb”, – sərhəd xidmətinin məlumatında deylir.

AzadlıqRadiosunun tacik xidmətinin əməkdaşlarını hadisə yerinə yaxınlaşmağa qoymayıblar. Əraziyə gedən bütün yollar bağlanıb. Ölkənin başqa yerlərində, eləcə də paytaxt Düşənbədə silahlı nəzarət məntəqələri quraşdırılıb.

Hücum edənlər, eləcə də həlak olmuş polis əməkdaşı və sərhədçi barədə əlavə informasiya açıqlanmayıb.

İnsidentlə bağlı təhqiqat gedir.

Hadisə Düşənbədən 50 km cənub-qərbdə baş verib. Ölkə prezidenti Emomali Rahmon noyabrın 12-dək 20-dən artıq nazirlə Avropada səfərdədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG