Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:22

4,1 milyard nəfərin interneti var


İllüstrativ foto

BMT dünyada 4,1 milyard nəfərin internetə qoşulduğunu bildirir. Ancaq qadınlar və inkişaf etməkdə olan ölkələr bu sahədə geri qalır.

BMT agentliyi olan Beynəlxalq Telekommunikasiya Birliyi noyabrın 5-də bildirib ki, ötən illə müqayisədə internetə qoşulanların sayı 5,3 faiz artıb.

Bu il internet dünya əhalisinin 53,6 faizini əhatələyib ki, bu, 2009-cu ildəkindən 25,8 faiz yüksəkdir.

Avropada internet istifadəçilərinin sayı 82,5 faiz, Afrikada isə 28,2 faizdir.

Dünyada 3,6 milyard nəfərin internetə çıxışı yoxdur və onların əksəriyyəti az inkişaf etmiş ölkələrdə yaşayır. Həmin ölkələrdə hər 10 nəfərdən yalnız ikisinin interneti var.

Qlobal səviyyədə qadınların 48, kişilərin isə 58 faizi internetdən istifadə edir.

MDB ölkələrində rəqəmsal gender uyğunsuzluğunun azaldığı, Afrika, ərəb ölkələri, Asiya-Sakit okean regionunda isə artdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG