Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 16:21

MakDonalds rəhbəri istefa verir


Belarusda MakDonalds restoranı

MakDonalds (McDonald’s) şirkəti noyabrın 3-də bildirib ki, direktoru Steve Easterbrook bir işçisi ilə sevgi münasibətlərindın dolayı postundan gedir.

Şirkət onun “yanlışa yol verdiyini”, şirkətin siyasətini pozduğunu açıqlayıb.

MakDonalds ABŞ-ın prezidenti Chris Kempczinski onun yerinə keçib.

Kempczinski bəyanatında deyib ki, bu vəzifə “onun enerjisini artırıq” və “MakDonalds-ın davamlı uğuruna rəhbərliyi” səbirsizliklə gözləyir.

Britaniyalı biznesmen Eastbrook 2015-ci ilin martında şirkətin direktoru vəzifəsinə keçmişdi. O, işçilərə elektron məktubunda sözügedən münasibətə görə təəssüfünü bildirib, bir işçiylə sevgi münasibətinə yol verməklə səhv etdiyini yazıb.

Boşandığı bildirilən Easterbrook atadır, Oksford Universitetinin Said Biznes Məktəbinin fəxri elmi əməkdaşıdır, CNN bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG