Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:58

ABŞ qəbul edəcəyi qaçqın sayını kəskin azaldır


Meksikada ABŞ-a gedən miqrant karvanı, arxiv fotosu
Meksikada ABŞ-a gedən miqrant karvanı, arxiv fotosu

Birləşmiş Ştatlar qəbul edəcəyi qaçqın sayını kəskin azaldacaq. Bu planı yekun olaraq Prezident Donald Trump təsdiqləməlidir.

Bu təklif daha öncə dini və humanitar qrupların kəskin tənqidinə səbəb olub. Onlar planı qəddar adlandırıb, Trump administrasiyasını ölkədəki hər iki siyasi partiyasının qaçqın qəbuluna daimi dəstəyini rədd etməkdə suçlayıb.

Yeni plan qəbul olunarsa oktyabrın 1-dən qüvvəyə minəcək. Plana görə, 2020-ci ildən ölkəyə 18 mindən artıq qaçqın qəbul edilməyəcək. Ötən il bu rəqəm 30 min idi.

Dövlət katibi Mike Pompeo noyabrın 2-də yekun rəqəmləri açıqlayaraq deyib ki, qaçqınların yerləşdirilməsi “ABŞ-ın humanitar əsaslı immiqrasiya işlərinin yalnız bir aspektidir”.

Pompeo onu da deyib ki, Birləşmiş Ştatlar böhranların həllindən ötrü diplomatik iş aparır və qaçqınlara öz regionlarında humanitar yardımla təmin edir.

Trump-ın sələfi Barack Obama-nın prezidentliyinin son ilində ABŞ 85 min qaçqın qəbul eləmişdi.

“The Associated Press” yazır ki, ABŞ 1980-ci ildə qaçqın proqramını işə salandan ötənilki 30 min rəqəmi ən aşağı göstərici olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG