Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:34

Trump Nyu Yorkdan Floridaya köçür


Donald Trump

ABŞ Prezidenti Donald Trump əsas iqamətgahını Nyu York Sitidən Floridaya köçürür. Bu haqda bir neçə tvit atıb.

Trump oktyabrın 31-də axşam yazıb ki, “1600 Pensilvaniya Avenyu, Ağ ev sevdiyim və ümid edirəm, daha 5 il qalacağım məkandır...”

“Ancaq ailəm və mən Floridanı, Palm- Biçi daimi iqamətgah edəcəyik”, – o, başqa tvitində qeyd edib. ​

“Hər il şəhər, ştat və yerli vergi formasında milyonlarla dollar ödəməyimə baxmayaraq, həm şəhər, həm də ştatın siyasi liderləri mənimlə çox pis davranıb”, – Trump Nyu Yorkla bağlı deyib.

“The New York Times” yazır ki, çoxdanın nyu-yorklusu olan Trump “daimi yaşayış yeri barədə deklarasiya” doldurub, Palm- Biç şəhərindəki Mar-a-Lago Club iqamətgahını daimi yaşayış yeri edəcəyini bildirib.

Qəzet Ağ ev rəsmilərinin bu dəyişikliyin səbəbini izah etmədiyini yazır. Prezidentə yaxın bir nəfər deyib ki, əsas səbəb vergiylə bağlıdır.

Nyu Yorkda ştatın gəlir vergisi yüksəkdir, Nyu York Siti də gəlir vergisi tutur. Florida ştatında isə gəlir vergisi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG