Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 19:34

İran Suriya və İraqda silahlılara 16 milyard dollar ‘xərcləyib’


Brian Hook

ABŞ-ın İran üzrə xüsusi elçisi Brian Hook deyir ki, Tehran Suriya və İraqda şiə silahlıların maliyyələşməsinə 16 milyard dollar xərcləyib.

Hook bunu oktyabrın 31-də Səudiyyənin Al Arabiya televiziyasının yayımladığı müsahibədə deyib, ancaq hansı müddəti nəzərdə tutduğunu söyləməyib.

İraqda diktator Saddam Hussein devriləndən sonra şiə İranı bu ölkədə nüfuzunu artırıb, şiə yaraqlıları dəstəkləməyə başlayıb. Bu sıraya İraqın Xalq Səfərbərlik Qüvvələri də daxildir. Bu dəstək isə İraqın sünni azlığının narazılığına səbəb olub.

Vaşinqton Bağdada hərbi, siyasi və maliyyə dəstəyi göstərir və Bağdad həm ABŞ, həm də qonşu İranla əlaqələri balanslaşdırmağa çalışır.

İran qonşu Livanda Hizbulla hərəkatını da dəstəkləyir.

İsrail liderləri İranı İraq və Suriyada bu ölkəni vura biləcək qabaqcıl silahlar yerləşdirməkdə suçlayır.

Hook müsahibəsində deyib ki, Vaşinqton Tehrana sanksiyaları davam etdirəcək, buna “regionda sabitsizlik yaradan hərəkətlərin” səbəb olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ABŞ İraqın İrandan iqtisadi asılılığını azaltmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG