Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:17

NATO-nun Baş katibi Kiyevdədir


Volodymyr Zelenskiy və Jens Stoltenberg birgə mətbuat konfransı keçirirlər

Ukrayna Prezidenti Volodymyr Zelenskiy Kiyevdə NATO-nun Baş katibi Jens Stoltenberg və NATO rəsmilərindən ibarət qrupla danışıqlar aparıb.

Zelenskiy-nin idarəsi oktyabrın 31-də səhər keçirilmiş görüşə “dar çərçivədə” təmsilçilərin qatıldığını bildirib.

Danışıqlardan sonra Zelenskiy və Stoltenberg Ukrayna-NATO komissiyasının iclasında iştirak edib. İclasda Stoltenberg NATO-nun heç vaxt Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsini tanımadığını vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasındakı münaqişənin həlli üzrə sülh razılaşmalarını tərəflərin hamısı yerinə yetirməlidir.

Stoltenberg onu da deyib ki, NATO Zelenskiy-nin münaqişənin sülh yoluyla həllinə yönəlik cəhdlərini dəstəkləyir.

Zelenskiy isə bildirib ki, Ukrayna “yeni səviyyəyə keçməyə” və NATO-nun Gücləndirilmiş İmkan Proqramına qoşulmağa hazırdır.

Ukrayna prezidenti NATO ilə əməkdaşlığın dərinləşərək bu ölkənin müdafiə qabiliyyətini gücləndirəcəyinə ümidini bildirib.

Stoltenberg oktyabrın 31-də Ukrayna parlamentində çıxış etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG