Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:39

Pakistanda qatar yanıb, azı 73 nəfər ölüb


Hadisə yeri

Pakistanda qatarın yanması nəticəsində azı 73 nəfərin öldüyü təsdiqlənib. Puncab vilayətinin Səhiyyə naziri Yasmin Rashid 40-dən çox adamın yaralandığını, yerli xəstəxanalara daşındığını bildirib.

***

Pakistanın Dəmiryolları üzrə federal naziri Shaikh Rashid Ahmad yerli telekanallara müsahibəsində 64 nəfərin öldüyünü təsdiqləyib. Daha 80 nəfərsə yaralanıb.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir.

***

Oktyabrın 31-də Pakistanda qaz balonunun partlaması nəticəsində qatarın üç vaqonu dağılıb, azı 46 nəfər həlak olub. Məlumatı “Reuters” yerli polis rəsmilərinə istinadla yayıb.

Dpa agentliyi 30-dan artıq yaralının olduğunu xəbər verir.

Partlayış ölkənin cənubundakı Puncab vilayətinin Rahim Yar Xan şəhəri yaxınlığında baş verib, yemək bişirmək üçün istifadə olunan qaz balonun partlamasından törənib.

Yerli polis rəsmisi ölü sayının arta biləcəyini deyib, çünki yanan vaqonlarda qalan sərnişinlər var.

Pakistanın dəmiryol şəbəkəsi sərmayə azlığından dolayı pis, təmirsiz vəziyyətdədir.

İyulda baş vermiş qəzada 11, sentyabrda isə dörd nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG