Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:13

Deputat fahişəylə söhbət elədiyinə görə üzr istədi


Bohdan Yaremenko
Bohdan Yaremenko

Oktyabrın 30-da Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin hakim Xalqın qulluqçusu partiyasının üzvü fahişəylə söhbət elədiyinə görə üzr istəyib.

Bohdan Yaremenko-nun parlamentin plenar iclası zamanı pul müqabilində seksual xidmət edən qadınların profillərinə baxdığı, onlarla tanışlıq saytlarında söhbət elədiyi bildirilir.

Ailəli, bir oğul və bir qız atası olan Yaremenko Facebook səhifəsində yazıb ki, düzgün hərəkət etməyib. O, daha öncəki postunu sildiyini də qeyd edib. Həmin postda yazıbmış ki, mobil telefonunda tanışlıq saytlarından istifadə etdiyini göstərən foto və videolar “quraşdırılıb”.


Parlamentin iclasını tanışlıq saytlarında keçirib

“Qərarların hamısı bərabər şəkildə uğurlu olmur. Yanlış hərəkətlərimlə problem yaratdığım şəxslərin hamısından üzr istəyirəm: həyat yoldaşımdan tutmuş parlament fraksiyamıza, prezidentə qədər”, - deputat yazıb.

Oktyabrın 30-da onlayn yayılmış fotolarda deputatın Mamba və Loveeto tanışlıq saytlarında qadınların profillərinə baxdığı görünürdü.

Səsvermə keçirilən iclas zamanı isə Yaremenko-nun ödənişlə görüş təklif edən 32 yaşlı bir qadının profilinə baxdığı görünür.

O, daha sonra bir qadınla görüş haqda danışır. Qadın bir saatlıq intim görüşün dollarla qiymətini söyləyir.

Parlamentin xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin rəhbəri olan Yaremenko elə həmin gün daha sonra Tinder adlı başqa bir tanışlıq saytına girib.

Keçmiş diplomat olan Yaremenko 2013-cü ilin sonunda Türkidə baş konsul vəzifəsindən çıxarılıb. Buna onun 2013-cü il noyabrın 30-da polisin bir qrup etirazçıya qarşı aşırı gücdən istifadə etməsi səbəb olmuşdu. Həmin gün demokratiya tələbilə Maydan hərəkatı başladı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG