Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:27

Twitter siyasi reklamları qadağan edir


İllüstrativ foto
İllüstrativ foto

Twitter sosial şəbəkəsi bu platformada siyasi reklamların qadağan olunduğunu bildirir. Şəbəkə qeyd edir ki, belə ismarıclar əhatə dairəsini “qazanmalıdır, satın almamalıdır”.

“İnternetdə reklam çox güclüdür və kommersiya reklamçıları üçün çox effektivdir. Ancaq bu, siyasətə ciddi risklər də yaradır, belə ki milyonların həyatına təsir göstərən səslərə nüfuz etməkdən ötrü istifadə oluna bilər”, – şirkətin direktoru Jack Dorsey oktyabrın 30-da tvitində yazıb.

Dorsey başqa bir tvitində yazıb ki, internetdə siyasi reklamlar “vətəndaş müzakirəsində tamamilə yeni problemlər yaradır: mesajlaşmanın avtomat-öyrənmə əsaslı optimallaşması və mikro-hədəfləmə, yoxlanmamış, yanlış yönəldən informasiya və dərin saxta məlumatlar”.

“Siyasi nitqin əhatə dairəsini genişləndirmək üçün ödəniş etmək ciddi fəsadlar törədə, bu günün demokratik infrastrukturu onun öhdəsindən gəlməyə bilər. Bunu yoluna qoymaqdan ötrü geri çəkilməyə dəyər”, – o yazıb.

Twitter-in sosial media rəqibi olan Facebook isə oktyabrın əvvəlində bildirib ki, siyasətçilər və onların seçki kampaniyalarının reklamlarının faktlara görə yoxlamasını aparmayacaq.

ABŞ-da 2020-ci ilin noyabrında prezident seçkisi keçiriləcək və sosial media şirkətləri seçki öncəsi diqqət mərkəzindədirlər.

2016-cı il seçkisi zamanı sosial media şirkətləri vasitəsilə istifadəçilərə təsir göstərmək cəhdlərinin baş verdiyi bildirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG