Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:55

Ermənistanın müdafiə naziri Bakıya gəlmir


Davit Tonoyan

Ermənistanın müdafiə naziri Davit Tonoyan MDB-nin Müdafiə nazirləri Şurasının Bakıda keçiriləcək toplantısına qatılmayacaq. Bu haqda AzadlıqRadiosu-nun erməni xidməti Ermənistanın Müdafiə Nazirliyinə istinadla xəbər verir.

MDB-nin müdafiə nazirləri oktyabrın 30-da Bakıda görüşəcək. Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Azərbaycana daxildir.

Bu gün – oktyabrın 29-da Rusiyanın Müdafiə naziri Sergei Shoigu Ermənistana gedib.

Nazir səfər zamanı Ermənistanda Rusiyanın 102 saylı hərbi bazasında olacaq. İki ölkənin müdafiə nazirlərinin görüşü planlaşdırılır.

Shoigu Ermənistanın Baş naziri Nikol Pashinian ilə də görüşməlidir.

XS
SM
MD
LG