Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

Rusiyada istehlakçılar embarqoya görə ilə 445 milyard itirir


İllüstrativ foto
İllüstrativ foto

Rusiyada 2014-cü ildə tətbiq olunmuş ərzaq embarqosu ucbatından istehlakçılar 2013-cü ilin qiymətləri ilə ildə 445 milyard rubl itirir və sanksiyaların bədəlini öz cibindən ödəyir. Bu haqda “Vedomosti” qəzeti ölkə iqtisadçılarının birgə tədqiqatına istinadla yazıb. Tədqiqatı Rusiya Xalq Təsərrüfatı Akademiyası və Dövlət Xidməti ilə İqtisadi və Maliyyə Araşdırmaları və Layihələri Mərkəzi aparıb.

Araşdırma müəllifləri 2013-cü illə müqayisədə 2018-ci ildə sanksiya siyahısında olan ərzaqların istehlakının, buraxılış və qiymətlərinin necə dəyişdiyini müqayisə ediblər. Bu zaman Rosstat, Avromonitor, BMT-nin məlumatlrından istifadə olunub.

İlə adambaşına 3 min rubl

İstehlakçıların ümumi illik itkisi 445 milyard rubldur, yaxud adambaşına 3 min rubl. Yoxsulluq həddinə yaxın həddə olanlar üçün bu, yemək xərclərinin 5 faiz artması deməkdir.

Bu pulların 83 faizi Rusiya istehsalçılarının, 3 faizi idxalçıların xeyrinə bölüşdürülüb, 13 faiz isə sırf ölkə iqtisadiyyatının itkisidir.

Rusiyaya ərzaq embarqosu bəzi əsas qida məhsullarının idxalını qadağan edir. Bu embarqo Avropa Birliyi, ABŞ və bir sıra başqa ölkələrin sanksiyalarına cavab olaraq qoyulub. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb.

Təftiş orqanları Rusiyada mağazalarda “sanksiya” məhsulu aşkarlayan kimi, nümayişkaranə şəkildə məhv edilir. Bu arada həmin ərzağın ehtiyacı olanlara verilməsi haqda qanunun qəbulu tələb olunur.

Rəsmi orqanlar 2019-cu il aprelin 1-dək 28 ton “sanksiya” məhsulunun müsadirə olunaraq məhv edildiyini bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG