Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:31

İraqda iğtişaşlarda azı 17 etirazçı öldürülüb


Kərbəlada etiraz, arxiv fotosu

İraqın müqəddəs Kərbəla şəhərində təhlükəsizlik qüvvələri ötən gecə etirazçılara atəş açıb, azı 14 nəfər öldürülüb, 865 nəfər yaralanıb. Məlumatı tibb və təhlükəsizlik mənbələri oktyabrın 29-da yayıb.

Cənubdakı Nəsriyyə şəhərində isə daha öncə 3 etirazçı öldürülmüşdü.

Oktyabrın 28-də İraqda nümayişçilər artıq dördüncü gündür küçələrə çıxıblar. Onlar Baş nazir Adel Abdul Mahdi hökumətini korrupsiyada ittiham edirlər.

Oktyabrın əvvəlindən korrupsiyaya, işsizliyə və təməl dövlət xidmətlərinin olmamasına etirazlarda azı 250 nəfər öldürülüb.

Mahdi hökuməti təxminən bir ildir hakimiyyətdədir.

Parlamentdə ən böyük bloku dəstələyən, Mahdi-nin koalisiya hökumətinin hakimiyyətə gəlməsinə kömək etmiş populist şiə ruhanisi Moqtada al-Sadr oktyabrın 28-də erkən seçki keçirilməsinə çağırıb. Bundan öncə isə paytaxt Bağdadda komendant saatı elan olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG