Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Noyabr, bazar, Bakı vaxtı 20:58

ABŞ Çindəki danışıqları alqışlayır


Pakistanın Xarici işlər naziri Shah Mehmood Qureshi (ortada) Talibanın nümayəndə heyətini qəbul edir, arxiv fotosu

ABŞ Dövlət Departamenti Çinin Əfqanıstan sülh prosesi çərçivəsində danışıqların növbəti raundunu keçirmək təklifini alqışlayıb. Taliban bu danışıqların oktyabrın 29-30-da Pekində keçirildiyini bildirir.

Oktyabrın 28-də Birləşmiş Ştatlar, Rusiya, Çin və Pakistan birgə bəyanat yayıblar. Tərəflər ötən həftə Moskvada bir araya gəlmişdilər. Oktyabrın 24-25-də Rusiyada ABŞ-ı Əfqanıstan üzrə xüsusi elçi Zalmay Khalilzad təmsil edirdi. Dörd ölkə “hərtərəfli və davamlı razılaşma”ya dəstək ifadə etmişdilər.

Bəyanatda deyilir ki, bu ölkələr “Çinin növbəti əfqandaxili toplantını Pekində keçirmək təklifini alqışlayır”.

Əfqanıstan üzrə sonuncu müzakirələr iyulda Qətərin paytaxtı Dohada baş tutub.

Zalmay hazırda Pakistandadır, Baş nazir Imran Khan ilə görüşüb, oktyabrın 29-da ordu rəhbəri ilə görüşü gözlənir.

Talibanın idarə şurasının Pakistanda yerləşdiyi güman edilir.

Khalilzad Taliban-la bir ilə yaxın danışıq aparıb, ilkin razılaşmanın əldə olunduğu bildirilən məqamda proses dayanıb. Kabildə Amerika əsgəri öldürüləndən sonra ABŞ Prezident Donald Trump danışıqların “öldüyünü” deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG