Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:37

Zəngilanın işğalından 26 il ötür


Ermənilər Zəngilana köçürülür
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

Ermənilər Zəngilana köçürülür

Zəngilan rayonunun işğalından 26 il ötür. Ermənistan silahlı qüvvələri rayonu 1993-cü il oktyabrın 29-da işğal edib.

İşğal zamanı rayonun mülki əhalisi Araz çayından keçib İran ərazisinə sığınmaqla kütləvi qırğınlardan qurtula bilib.

Rayonun müdafiəsi zamanı 188 nəfərin öldüyü, 44 nəfərin itkin düşdüyü bildirilir.

Zəngilan rayonu 1930-cu ildə yaradılıb. O, cənubdan və şərqdən İranla, qərbdən isə Ermənistanla həmsərhəddir. 707 kvadrat kilometr ərazisi olan rayonun işğala qədər əhalisi 35 min nəfərə yaxın olub.

Zəngilan rayonu işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir. Həmin işğallardan təqribən 5 ay əvvəl polkovnik Sürət Hüseynovun rəhbərliyi altında bir hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi.

Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev əvvəlcə Azərbaycan Milli Məclisinin sədri, daha sonra isə prezident seçilmişdi. Polkovnik S.Hüseynov isə Heydər Əliyevin təqdimatı ilə baş nazir postuna gətirilmişdi.

Zəngilan rayonu Qarabağ münaqişəsi ilə bağlı işğal edilib. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayon (onlardan biri də Zəngilan rayonudur) işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG