Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

AB Breksitin müddətini yanvarın 31-dək uzatdı


Londonda anti-Breksit etirazçı parlament qarşısında
Londonda anti-Breksit etirazçı parlament qarşısında

Avropa Birliyi (AB) Breksiti gələn il yanvarın 31-dək təxirə salmağı razılaşıb.

Avropa Şurasının Prezidenti Donald Tusk Twitter-də yazıb ki, AB-nin 27 üzvü Böyük Britaniyanın birlikdən çıxmasını 2020-ci il yanvarın 31-dək uzatmaq xahişinə razılaşıb.

Onun sözlərinə görə, bu həftə “qərar yazılı prosedurla rəsmiləşəcək”.

Tusk “çevik uzadılma” ifadəsini işlədib. Bu o deməkdir ki, əgər Breksit razılaşmasını hər iki tərəf ratifikasiya etsə, Britaniya birlikdən yanvarın 31-dən qabaq da çıxa bilər.

Bu arada AB diplomatları Brüsseldə görüşərək Breksitin yenidən təxirə salınmasını müzakirə edirdilər.

Əslində marta planlaşdırılan Breksit oktyabrın 31-dək təxirə salınmışdı. Yəni, müddət artıq ikinci dəfədir uzadılır. Böyük Britaniyanın AB-dən çıxmasıyla bağlı referendum 2016-cı ildə keçirilib.

Britaniya parlamenti Breksit çıxmazının həlli üçün erkən seçki keçirməyi səsverməyə çıxaracaqlar.

Baş nazir Boris Johnson dekabrın 12-də seçki keçirməyi təklif edib, ancaq onun deputatların üçdə ikisinin dəstəyini qazanacağı real görünmür.

Johnson-un təklifi keçməsə, iki müxalifət partiyası dekabrın 9-da seçki keçirməyi təklif edir.

XS
SM
MD
LG