Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:03

Toydan yazdı, döyüldü


Toydan yayılmış foto
Toydan yayılmış foto

Gürcüstanın separatçı Abxaziya regionunda bloqer yerli biznesmen oğlunun dəbdəbəli toyu haqda tənqidi şərhindən sonra möhkəmcə döyülüb.

Separatçı rejimin de-fakto Daxili İşlər Nazirliyi oktyabrın 23-də bildirib, Beslan Khvartskia kontuziya, burun sınığı, kəllə travması və bədənində çoxsaylı kəsiklərlə oktyabrın 21-də xəstəxanaya yerləşdirilib. Naməlum şəxslər onu evindən oğurlayaraq bərk döyüblər.

Oktyabrın 22-də Facebook-da yayılan fotolarda Khvartskia-ya oxşayan bir nəfərin çubuqla döyüldüyü görünür.

Khvartskia bundan öncə Facebook şərhlərində yerli biznesmen Beslan Abkhazava-nın oğlunun oktyabrın 19-da keçirilmiş toy mərasimini tənqid etmişdi.

Toyda qızardılmış keçilərlə bəzədilmiş masaların fotoları sosial şəbəkələrdə qınaqla üzləşib, belə fikirlər səslənib ki, keçilərin bəziləri ovlanmasına icazə olmayan nadir cins imiş.

Separatçı hakimiyyətin bu insidenti araşdıracağı bəlli deyil. Ancaq Abxaziyanın de-fakto ombudsmanı Asida Shakryl hakimiyyətin döyülməni araşdırmağa meylli olmamasını pisləyib.

Rusiyanın dəstəklədiyi Abxaziya 1990-cı illərin əvvəllərində Gürcüstandan ayrılaraq müstəqillik elan edib.

2008-ci ilin avqustunda beşgünlük Gürcüstan-Rusiya müharibəsindən sonra Moskva Abxaziyanın və Gürcüstanın digər separatçı regionu Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Gürcüstan və beynəlxalq ictimaiyyət bu regionların Rusiyanın işğalı altında olduğunu bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG