Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 21:23

Rusiyalılar prezidentdən çox orduya inanırlar


Rusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin

Artıq ikinci ildir ki, rusiyalılar prezidentdən çox orduya inandıqlarını deyirlər. Bunu Levada mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb. Respondentlərin 63 faizi hərbçilərə inandığını söyləyib.

Prezidentə isə rusiyalıların 60 faizi inanır. Ötən il bu göstəricilər uyğun olaraq 66 və 58 faiz idi.

Ümumilikdə, bu il rusiyalıların polisə inamı iki dəfəyədək artaraq 32 faizə çatıb.

“Vedomosti” qəzetinə müsahibəsində sosioloq Karina Pipiya deyib ki, iqtisadi durum orduya münasibətə təsir göstərmir. Prezident isə daxili problemlərə görə məsuliyyət daşıyır. Üstəlik, “düşmən obrazı” itməyib və xarici təhdidlərə qarşı mühafizəyə tələbat qalmaqdadır.

İnamsızlıq reytinqində isə federal hökumət və Dövlət Duması liderlik edir. Rusiyalıların üçdə biri onlara inanmır.

Son bir ildə dövlət və ictimai institutlar arasında ən pis dinamikanı kilsə göstərib: 2018-ci ildə respondentlərin 48 faizi ona inanırdısa, indi bu göstərici 40 faizdir. Medianın reytinqi isə 31 faizdən 27-yə düşüb.

XS
SM
MD
LG