Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 19:28

Britaniya polisi konteynerdə 39 cəsəd tapıb


Yunanıstanda miqrantlar, arxiv fotosu

Britaniya polisi İngiltərənin cənub-şərqində nəqliyyat konteynerində 39 cəsəd aşkarlayıb. Onların Bolqarıstandan yük maşınında gəldiyi güman edilir.

Polis oktyabrın 23-də Şimali İrlandiyadan 25 yaşlı sürücünün qətldə şübhəli bilinərək saxlandığını bildirir.

Cəsədlərdən 38-i yetkin yaşlıya, biri yeniyetməyə məxsusdur. Konteyner Londonun 32 kilometrliyində yerləşən Waterglade Sənaye Parkında tapılıb.

“Bu faciəvi insidentdə xeyli sayda insan dünyasını dəyişib. Biz nə baş verdiyini müəyyənləşdirməyə çalışırıq”, – polis rəsmisi Andrew Mariner jurnalistlərə deyib. O, yük maşınının Bolqarıstandan gəldiyinə, oktyabrın 19-da ölkəyə girdiyinə inandıqlarını, təhqiqat aparıldığını əlavə edib.

Britaniyanın Baş naziri Boris Johnson “bu faciəvi hadisədən dəhşətə gəldiyini” söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG